Türkiyənin Kahramanmaraş mərkəzli 6 fevral zəlzələləri zamanı Hatayda aparılan yardım işləri iki fərqli mədəniyyəti bir araya gətirən həyat hekayəsinə çevrilib.
Bakıvaxtı.az Sherg.az-a istinadən xəbər verir ki, İstanbul Universitetinin jurnalistika fakültəsinin məzunu Hilal ilə koreyalı rejissor Selimin yolları zəlzələ bölgəsində kəsişib. Yardım fəaliyyətləri zamanı tanış olan cütlüyün münasibəti zamanla sevgiyə çevrilib.
Uşaqlıqdan Koreya mədəniyyətinə maraq göstərən Hilal zəlzələdən sonra işindən ayrılaraq könüllü şəkildə Hataya gedib və yardım fəaliyyətlərində iştirak edib. O, koreyalı yardım təşkilatları və televiziya qrupları ilə koordinasiya işlərində çalışıb.
Selim isə Koreyadan gələn televiziya heyətinin rejissoru olub. Cütlük ilk dəfə Adana hava limanında tanış olub və birlikdə zəlzələ bölgəsində çalışıblar.
Hilalın sözlərinə görə, Selim bu müddətdə İslam dini ilə yaxından maraqlanmağa başlayıb. Koreyaya qayıtdıqdan sonra araşdırmalarını davam etdirən Selim sonradan müsəlman olub.
“Onun müsəlman olmasından sonra aramızda heç bir maneə qalmadı”, -deyə Hilal bildirib.
Cütlük daha sonra ailələrinin dəstəyi ilə evlənib. Toy mərasimində həm türk, həm də koreya mədəniyyətinə aid elementlər yer alıb.
Bakı 





