Qəbələdə mövcud 220/10/10 kV-luq yarımstansiyanın 220/110/10 kV-luq yarımstansiyaya keçirilməklə yenidən qurulması planlaşdırılır.
Bakıvaxtı.az-ın məlumatına görə, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti bununla bağlı tender elan edib.
Bildirilib ki, müsabiqə mövcud 220/10/10 kV-luq Qəbələ yarımstansiyasının 220/110/10 kV-luq yarımstansiyaya keçirilməklə yenidən qurulması işlərini əhatə edir.
Qurum görüləcək işlər müqabilində ümumilikdə 22 milyon 771 min 995 manat ödəməyi planlaşdırır.
Qeyd edək ki, layihə çərçivəsində yarımstansiyanın gücünün artırılması və daha yüksək gərginlik səviyyəsinə uyğunlaşdırılması nəzərdə tutulur.
Bakı 




