• Bakı 15° C

    15.78 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Qara dənizin qazı Türkiyəyə 2 milyard dollar qazandırdı

İQTİSADİYYAT

29 May 2026 | 12:09

Qara dənizin qazı Türkiyəyə 2 milyard dollar qazandırdı

Qara dənizin “Sakarya” yatağından qaz təchizatı Türkiyəyə mavi yanacağın idxalında 2 milyard dollar qənaət etməyə imkan verib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin tarixində ən böyük dəniz qaz yatağının kəşfi 2020-ci ilin iyul ayında elan edilib, ölkənin qaz paylama sisteminə ilk tədarüklər isə 2023-cü ilin sentyabr ayında həyata keçirilib. 2023-cü ilin sonuna olan məlumata görə, “Sakarya” yatağında 337 milyon kubmetr qaz hasil edilib. Bu rəqəm növbəti il 1,66 milyard kubmetrə, ötən il 3 milyard kubmetrə, bu ilin yanvar-may aylarında isə daha 1 milyard kubmetrə çatıb.

“Sakarya” yatağının ehtiyatları 785 milyard kubmetr və ya 250 milyard dollar olaraq qiymətləndirilir.

Dəniz yatağının istifadəyə verilməsindən bəri Türkiyə artıq bazar dəyəri 2 milyard dollar olan təxminən 6 milyard kubmetr yerli qaz əldə edib. Beləliklə, ölkə xarici təchizatçılardan enerji asılılığını tədricən azaltmağa başlayıb.

Rəsmi məlumatlara görə, Türkiyə ötən il 21,2 milyard dollar dəyərində mavi yanacaq alıb. Bunun 43 faizi Rusiyadan, 20 faizi ABŞ-dən, 12 faizi Azərbaycandan, 11 faizi İrandan, 7 faizi Əlcəzairdən və daha 7 faizi digər mənbələrdən olan idxal təşkil edib.


SON XƏBƏRLƏR

28 May 2026