q
  • Bakı 14° C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

İQTİSADİYYAT

30 Aprel 2026 | 10:49

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

Bu ilin mart ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 123.2 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 38.3 milyon manat təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 10,5%, banklardan xaricə köçürmələr isə 3,5% artıb.

    Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.


    SON XƏBƏRLƏR

    29 Aprel 2026