Gürcüstanın sabiq prezidenti Mixail Sakaaşvili bu gün Marneulinin Şulaver kəndində fermərlərin keçirdiyi aksiyaya münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Saakaşvili Marneuli fermərləri ilə həmrəy olduğunu bəyan edib.
O, bütün müxalifəti səfərbər olmağa çağırıb:
"Mənim həmrəyliyim Marneulidəki fermerlərlədir! Mən vaxtilə regionda etnik azərbaycanlıları təzyiqdən azad etmişdim. İndi isə İvanişvili öz korrupsiyası ucbatından bu zəhmətkeş, vətənpərvər insanları yenidən yoxsulluğa sürükləyib. Bütün Tiflis müxalifətini Marneuliyə getməyə, Kvemo Kartli kəndlərinə çıxmağa, faktlar toplamağa və vətəndaşlarımızın yanında olmağa çağırıram. Studiyalarda oturmağınız və mənasız yazılar yazmağınız bəsdir!
Heç olmasa bir dəfə xalqa faydalı olun, onların yanında durun və birləşin". /axar.az
Bakı 




