• Bakı 15° C

    15.78 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

“Sakit yuxu sona çatdı” - Rusiyadan sərt MESAJ

SİYASƏT

29 May 2026 | 19:17

“Sakit yuxu sona çatdı” - Rusiyadan sərt MESAJ

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Avropa İttifaqına (Aİ) yönəlik sərt açıqlama verib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Medvedev sosial şəbəkə hesabında bildirib ki, Aİ Rusiyaya qarşı “tək tərəfli müharibə” aparır və Avropa vətəndaşları buna hazır olmalıdır.

“Aİ ölkələrinin vətəndaşları başa düşməlidir ki, rəhbərlikləriniz Rusiya ilə tək tərəfli şəkildə müharibəyə girib. Buna görə heç nəyə təəccüblənməyin. Sakit yuxu sona çatdı. Amma bunun səbəbini kimdən soruşacağınızı bilirsiniz,” – deyə o qeyd edib.

Digər tərəfdən, Rumıniya Müdafiə Nazirliyi Rusiyanın Ukraynaya hücumları zamanı bir pilotsuz uçuş aparatının ölkənin hava məkanına daxil olaraq yaşayış binasına düşdüyünü və nəticədə 2 nəfərin yaralandığını açıqlayıb.

Rumıniya Prezidenti Nikusor Dan isə Rusiyanın Konstanta Baş Konsulunun “arzuolunmaz şəxs” elan edildiyini və şəhərdəki Rusiya konsulluğunun bağlanacağını bildirib.


SON XƏBƏRLƏR

28 May 2026