• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Həmin bağça bu yay təmir olunacaq - Rəsmi açıqlama

CƏMİYYƏT

30 Aprel 2026 | 10:17 | Müəllif: Əli Hüseynov

Həmin bağça bu yay təmir olunacaq - Rəsmi açıqlama

İntensiv yağışlardan sonra pis vəziyyətə düşən Elman Məmmədov adına körpələr evi - uşaq bağçası yenilənəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

Qeyd edilib ki, 1935-ci ildə istifadəyə verilən Xətai rayonu Elman Məmmədov adına uşaq bağçasının binası uzunmüddətli istismar nəticəsində köhnəlib və əsaslı təmirə ehtiyac yaranıb: “Qeyd edilən məsələ ilə bağlı bağçaya baxış keçirilib, altevnativ həll yolları araşdırılıb.Dövlət Proqramı çərçivəsində sözügedən məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirinin nəzərə alınması üçün zəruri tədbirlər görülür. Yay dövrü ərzində bağça infrastrukturunun yenilənməsi planlaşdırılır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026