ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana qarşı ehtimal olunan hücum məqsədilə "Dark Eagle" hipersəs raketlərinin Yaxın Şərq bölgəsinə göndərilməsini tələb edib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən xəbər yayıb.
Bildirilir ki, bu sorğu təsdiqlənərsə, Birləşmiş Ştatlar tarixdə ilk dəfə olaraq hipersəs raketlərini Yaxın Şərqə yerləşdirmiş olacaq.
Agentliyin mənbəsi qeyd edib ki, Mərkəzi Komandanlıq öz tələbini İranın buraxılış qurğularını 300 mildən (təxminən 482 km) çox mənzili olan "Precision Strike Missile" ballistik raketlərinin hədəf dairəsindən kənara çıxarması ilə əsaslandırıb. Həmçinin əlavə olunub ki, İrana qarşı əməliyyat zamanı hipersəs silahlarının yerləşdirilməsi ilə bağlı yekun qərar hələlik qəbul edilməyib.
Bakı 




