• Bakı 16° C

    11.5 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Putin: Vəziyyət döyüş meydanında müəyyənləşir

DÜNYA

29 May 2026 | 23:14

Putin: Vəziyyət döyüş meydanında müəyyənləşir

 

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, hazırda Ukraynadakı münaqişənin sona çatması üçün konkret bir müddət açıqlamaq mümkün deyil.

Bakıvaxtı.az Modern.az xəbər verir ki, bu barədə Rusiya dövlətinin başçısı Qazaxıstana səfərindən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Münaqişənin başa çatmaq üzrə olduğu barədə bəyanata gəldikdə isə, mən onu səbəbsiz deyil, döyüş meydanındakı vəziyyətə əsasən verdim. Orada qoşunlarımız bütün istiqamətdə hər gün irəliləyir”, - deyə o qeyd edib. O, həmçinin bir neçə Avropa siyasətçisinin guya Rusiyanın Avropa ilə müharibə hazırlıqları ilə bağlı açıqlamalarını da şərh edib. “Bu, cəfəngiyat və yalandır”, - deyə Vladimir Putin bildirib. Onun sözlərinə görə, Ukraynada baş verənlərə görə məsuliyyət Avropa ölkələrinin üzərindədir


SON XƏBƏRLƏR

29 May 2026