Xəbər verdiyimiz kimi, dünən Bakıda iki nəfər evdə dəm qazından zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, Ağdaş rayon sakini, 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini, 2012-ci il təvəllüdlü T.B kirayədə yaşadıqları Xətai rayonu R. Bağırov küçəsi, ev 30 ünvanında yerləşən mənzilin hamam otağında dəm qazından zəhərləniblər.
Belə ki, Bakıvaxtı.az tərəfindən aparılan araşdırma zamanı müxtəlif fikirlər və iddialar da ortaya çıxıb.
Sosial şəbəkələrdə “Qara Çapayev” ləqəbi ilə tanınan Yusufla bağlı paylaşım və şərhlərdə onun yaxınları tərəfindən “qisasın alınacaq, qardaş”, “qanın yerdə qalmayacaq” kimi ifadələr yazıldığı, bunun da ictimaiyyət arasında çaşqınlıq yaratdığı bildirilir.
Bundan əlavə, “Qara”nın TikTok hesabında onun azyaşlı bacısının məzarı başında ağladığı və kədərli musiqi fonunda hazırlanmış görüntüsü də paylaşılıb.
Həmin videonu təqdim edirik.
Murad İsmayıl
Bakı 




