q
  • Bakı 10° C

    10.37 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Kirayədə qalan oğlan və qız dəm qazından zəhərləndi - Biri öldü

HADİSƏ

29 Aprel 2026 | 11:30

Kirayədə qalan oğlan və qız dəm qazından zəhərləndi - Biri öldü

Bakıda iki nəfər evdə dəm qazından zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, Ağdaş rayon sakini 2007-ci il təvəllüdlü Yusuf Mehmet oğlu Atalay və Yevlax rayon sakini 2012-ci il təvəllüdlü Təranə Mədxun qızı Bəkirova kirayədə yaşadıqları Xətai rayonu R.Bağırov küçəsi ev 30-un hamam otağında dəm qazından zəhərləniblər.

Y.Atalay hadisə yerində ölüb, T.Bəkirova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

28 Aprel 2026