q
  • Bakı 14° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

Vaxt verdi, hədələdi, amma... - Trampın İran planı sual altındadır

SİYASƏT

30 Aprel 2026 | 11:21

Vaxt verdi, hədələdi, amma... - Trampın İran planı sual altındadır

“ABŞ və İsrailin İranla müharibəyə başlamasının iki ayı tamam oldu. İki ayda ABŞ Prezidenti Donald Tramp İranla bağlı heç bir istəyinə, strateji hədəfinə nail ola bilməyib”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərli deyib.

Onun sözlərinə görə, Hörmüz boğazına İran nəzarət edir, boğazın ətrafı, blokada vəziyyəti isə ABŞ-nin nəzarətindədir:

“Hazırda ABŞ-də benzin bahalaşıb, digər yanacaq qiymətləri artıb. Başqa problemlər də gündəmə gəlib. Tramp bugünədək “İrana 48 saat vaxt verirəm”, “İranı daş dövrünə çevirəcəyik” və s. açıqlamalarla çıxış edib, bir neçə tələb səsləndirib. Amma ortada heç bir nəticə yoxdur. Yenə deyirəm, Ağ Ev Fars körfəzində strateji hədəflərini reallaşdıra bilməyib”.

Müsahibimiz vurğulayıb ki, İran da öz mövqeyində sonadək dirəniş göstərir: “Üstəlik, Tramp bu gün çox böyük təzyiq altındadır. İranla bağlı məsələ, yəni ABŞ prezidentinin iddia etdiyi kimi İranın qısa zamanda təslim olmaması, şərtləri qəbul etməməsi Trampı çətin vəziyyətə salıb”.

Üzeyir Cəfərli: İran ciddi ziyan gördü, ağır zərbələr aldı, ancaq nəticə yoxdur

Həmsöhbətimiz ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin komandanı Con Felanın istefa verdiyini xatırladıb:

“Halbuki, komandan Felan Trampa çox yaxın adamdır. Onun ABŞ müdafiə naziri Pit Hegsetlə yola getmədiyi deyilir, çünki Hegset hərbi sahədə diletant adamdır. Felan isə hərbi sahənin peşəkarıdır. O, yaxşı bilirdi ki, İranın zərbələri hərbi dəniz qüvvələrini hədəf alarsa, ilk olaraq onu hədəfə çıxaracaqlar. Deyəcəklər ki, hərbi dəniz qüvvələri İranın hücumlarının qarşısını ala bilmir. Nəzərə alaq ki, ABŞ-nin aviadaşıyıcı gəmilərindən birində yanğın baş verdi, xəsarət alanlar oldu, tapşırıq yerinə yetirilə bilmədi. Ona görə də ABŞ daxilində, həm siyasi elitada da, həm də cəmiyyətdə gərginlik yaşanır. Hegset özünə çox arxayın idi ki, İranla bağlı qısa müddətdə nəticə əldə olunacaq. Hətta Trampı da buna inandırmışdı”.

“Düzdür, İran ciddi ziyan gördü, hərbi cəhətdən, iqtisadi baxımdan ağır zərbələr aldı. Ancaq nəticə yoxdur”, - deyə Üzeyir Cəfərli əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Aprel 2026