q
  • Bakı 14° C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

Lökbatanda iki mühüm mərkəz yaradılır

CƏMİYYƏT

30 Aprel 2026 | 09:42

Lökbatanda iki mühüm mərkəz yaradılır

Lökbatan qəsəbəsində yerləşən tikintisi yarımçıq qalmış xəstəxana binasının profilinin dəyişdirilərək psixiatriya və narkoloji mərkəzlərə uyğunlaşdırılması üzrə əsaslı təmir işlərinin davam etdirilməsi planlaşdırılır.

Bakıvaxtı.az-ın məlumatına görə, tenderin ehtimal olunan qiyməti 1 milyon 905 min 736 manat təşkil edir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdiriyyəti tərəfindən keçirilən tender Lökbatan qəsəbəsində yarımçıq xəstəxana binasının profilinin dəyişdirilərək, 218 çarpayılıq Psixiatriya Mərkəzi və 123 çarpayılıq Narkoloji Mərkəz kimi əsaslı təmir işlərinin davamını (2-ci mərhələ) əhatə edir.

Qeyd edək ki, layihə çərçivəsində binada əsaslı təmir işlərinin davam etdirilməsi nəzərdə tutulur və obyektin psixiatriya və narkoloji xidmətlərin göstərilməsi üçün uyğunlaşdırılması planlaşdırılır.


SON XƏBƏRLƏR

29 Aprel 2026