Xocavənd rayonunun eyin adlı kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, ailələri Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Kəndə köçürülən ailələr ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıb.
Qeyd edək ki, bu mərhələdə Xocavənd kəndinə 32 ailənin (135 nəfər) qayıdışl təmin edilib.
***
12:03
Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, köç edənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocavənd kəndinə 32 ailə – 135 nəfər köçürülüb.
Bakı 




