q
  • Bakı 14° C

    3.1 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

Livanda humanitar vəziyyət KRİTİK HƏDDƏ

DÜNYA

30 Aprel 2026 | 09:34

Livanda humanitar vəziyyət KRİTİK HƏDDƏ

Yaxın Şərqdə artan gərginlik fonunda Livanda humanitar vəziyyət kritik həddə çatıb.

Bakıvaxtı.az Le Monde nəşrinə istinadən xəbər verir ki, İsrail ilə Hizbullah arasında davam edən silahlı qarşıdurma nəticəsində ölkədə təxminən 1,2 milyon insan kəskin ərzaq çatışmazlığı riski ilə üz-üzə qalıb. İntensiv bombardmanlar və sərhəd bölgələrində baş verən döyüşlər minlərlə insanın öz evlərini tərk etməsinə səbəb olub.

Məcburi köçkünlərin sayının sürətlə artması humanitar vəziyyəti daha da ağırlaşdırır. Eyni zamanda, nəqliyyat infrastrukturunun zədələnməsi və bazarların fəaliyyətində yaranan fasilələr ərzaq təchizatında ciddi problemlər yaradır.

İqtisadi böhranla mübarizə aparan Livanda ərzaq qiymətləri sürətlə bahalaşır ki, bu da əhalinin sosial rifahına mənfi təsir göstərir. Xüsusilə aztəminatlı ailələr gündəlik qida ehtiyaclarını qarşılamaqda ciddi çətinliklərlə üzləşir.

Beynəlxalq humanitar təşkilatlar vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edir və təcili humanitar yardımın artırılmasına çağırır. Ekspertlərin fikrincə, qarşıdurma davam edərsə, Livanda humanitar böhran daha geniş miqyas ala bilər.

Qeyd edək ki, regionda artan gərginlik təkcə Livana deyil, bütövlükdə Yaxın Şərqin təhlükəsizliyinə ciddi təsir göstərir.

Aydın


SON XƏBƏRLƏR

29 Aprel 2026