q
  • Bakı 14° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

“SABAH.city” innovasiya şəhərciyində universitetlərə hansı imkanlar yaradılacaq?

CƏMİYYƏT

30 Aprel 2026 | 12:49

“SABAH.city” innovasiya şəhərciyində universitetlərə hansı imkanlar yaradılacaq?

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında “SABAH.city” innovasiya şəhərciyində yerləşəcək ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Bakıvaxtı.az-a bildirilib ki, görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin və Bakı Dövlət Universitetinin rektorları, Yüksək Texnologiyalar Parkının rəhbər heyəti, SABAH.HUB İnnovasiya Mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı, eləcə də adıçəkilən qurum və müəssisələrin nümayəndələri iştirak ediblər.

Görüş zamanı iştirakçılara “SABAH.city” layihəsinin əhəmiyyəti, indiyədək görülmüş işlər, şəhərciyin hazırkı inkişaf mərhələsi və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilib. Həmçinin innovasiya şəhərciyində ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar diqqətə çatdırılıb.

Görüşdə “SABAH.city” ilə ali təhsil müəssisələri arasında qısamüddətli və ortamüddətli əməkdaşlıq planı, yeni yaradılacaq laboratoriyaların təyinatı, eləcə də şəhərcikdə gələcək fəaliyyətin təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Sonda görüş iştirakçıları “SABAH.city” innovasiya şəhərciyinin birinci fazası üzrə tikinti ərazisi ilə tanış olublar.


SON XƏBƏRLƏR

29 Aprel 2026