5 mart tarixində Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan Respublikasının xarici işlər nazirinə zəng vurub.
Bakıvaxtı.az xəbər verir ki, telefon danışığı zamanı, İran İslam Respublikası tərəfindən dünən Türkiyə istiqamətində raket hücumu, bu gün isə Azərbaycan Respublikasına edilən dron hücumu ilə bağlı qəti etiraz bildirilib. Bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.
Naxçıvana olan təyyarə reyslərinin təhlükəsizliyin təmin edilməsi məqsədilə, uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunacağı telefon danışığında qeyd olunub.
Telefon danışığı zamanı, nazirlər iki ölkə arasında strateji müttəfiqlikdən irəli gələn əlaqələndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.a
***
16:48
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
Bakıvaxtı.az xəbər verir ki, nazirlər İranın Azərbaycana dron hücumlarını müzakirə edib.
Bakı 




