• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda yeni xəstəxana tikilir - Narkoloji mərkəzi olacaq

CƏMİYYƏT

29 Aprel 2026 | 20:53 | Müəllif: Subhan Mahmudov

Bakıda yeni xəstəxana tikilir - Narkoloji mərkəzi olacaq

Bakının Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.

Bakıvaxtı.az Baku.ws-ə istinadən xəbər verir ki, layihə Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti tərəfindən həyata keçiriləcək. Görüləcək işlərin ümumi dəyəri təxminən 1.9 milyon manat təşkil edir.

Planlaşdırılan işlərə əsasən, mövcud bina əvvəlki təyinatından fərqli şəkildə yenidən qurulacaq və burada 218 çarpayılıq Psixiatriya Mərkəzi ilə 123 çarpayılıq Narkoloji Mərkəz fəaliyyət göstərəcək.

Layihənin əsas məqsədi paytaxtda psixi sağlamlıq və narkoloji xidmətlərin genişləndirilməsi, habelə bu sahədə tibbi xidmətlərin əlçatanlığının artırılmasıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026