• Bakı 15° C

    15.78 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Keçmiş məhkum silahla tutuldu - ANBAAN GÖRÜNTÜ

CƏMİYYƏT

29 May 2026 | 18:01

Keçmiş məhkum silahla tutuldu - ANBAAN GÖRÜNTÜ

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 55 yaşlı Əsəd Musazadə saxlanılıb. Ondan narkotik vasitə olan heroin, eləcə də qanunsuz olaraq saxladığı "Makarov" markalı tapança və patronlar aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Keçmiş məhkum silahla tutuldu - ANBAAN GÖRÜNTÜ


SON XƏBƏRLƏR

28 May 2026