İrandan Azərbaycana bu gün saat 14:00-dan 16:00-dək daha 13 nəfər təxliyə edilib.
Bakıvaxtı.az xəbər verir ki, təxliyə edilənlərin 10-u Azərbaycan, 1-i Kanada, 1-i Özbəkistan, 1-i isə Rusiya vətəndaşıdır.
Onların təxliyəsi "Astara" dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə baş tutub.
Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan martın 5-i 16:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1339-ya çatıb.
***
14:27
İrandan Azərbaycana bu gün saat 12:00-dan 14:00-dək daha 9 nəfərin təxliyəsi baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, təxliyə edilənlərin 5-i Azərbaycan, 2-si Qırğızıstan, 1-i Çin, 1-i isə Gürcüstan vətəndaşıdır.
Onların təxliyəsi "Astara" dövlət sərhəd buraxılış məntəqəsi ilə həyata keçirilib.
Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan martın 5-i 14:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1326-ya çatıb.
***
10:36
ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1317 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Bakıvaxtı.az xəbər verir ki, onlar 44 ölkənin vətəndaşlarıdır.
Belə ki, fevralın 28-i saat 08:00-dən martın 5-i saat 10:00-a qədər sərhədi 259 Azərbaycan vətəndaşı keçib.
Bakı 








