• Bakı 10° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

İtaliyanın Tehran səfirliyi Bakıdan işləyəcək 

SİYASƏT

06 Mart 2026 | 06:06

İtaliyanın Tehran səfirliyi Bakıdan işləyəcək 

İtaliya Tehrandakı səfirliyini müvəqqəti bağlayıb, diplomatik missiya fəaliyyətini Bakıdan davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani bəyan edib.

O,, səfirliyin təxminən 50 əməkdaşının artıq Azərbaycan sərhədini keçdiyini bildirib.

Onun sözlərinə görə, bu addım təhlükəsizlik məqsədilə atılıb:

"İaliyanın Tehrandakı səfirliyini bağladıq. Səfirin rəhbərliyi ilə təxminən 50 italyandan ibarət qrup artıq Azərbaycanla sərhədi keçib. İranda qalan italyanların və milli maraqlarımızın müdafiəsi üçün Tehranla diplomatik münasibətləri saxlamağa davam edəcəyik".

Antonio Tayani səfirliyin fəaliyyətinə müvəqqəti olaraq Bakıdan davam edəcəyini vurğulayıb.


SON XƏBƏRLƏR

05 Mart 2026