• Bakı C

    9.96 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Naxçıvan hadisəsi: İranla münasibətlər müzakirə olunur

SİYASƏT

05 Mart 2026 | 18:51

Naxçıvan hadisəsi: İranla münasibətlər müzakirə olunur

Son dövrlər Azərbaycan ilə İran arasında münasibətlər artıq klassik qonşuluq münasibətləri çərçivəsindən çıxaraq daha mürəkkəb və gərgin mərhələyə qədəm qoyub.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri iqtisad elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Elnur Sadıqov bildirib.

Onun sözlərinə görə, Azərbaycan hər zaman qonşu dövlətlərlə qarşılıqlı hörmət və mehriban münasibətlər qurmağa üstünlük verib. Xüsusilə İranla münasibətlər tarixən dostluq və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanıb. Professor qeyd edib ki, iki ölkə arasında həm tarixi, həm də mədəni bağlar mövcuddur və rəsmi Bakı bu münasibətlərin qorunmasına hər zaman xüsusi həssaslıqla yanaşıb.

Elnur Sadıqov vurğulayıb ki, Azərbaycan tərəfi regionda sabitliyin qorunması və gərginliyin artmaması üçün daim balanslı və məsuliyyətli siyasət yürüdür.

Elnur Sadiqov: Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinə sadiq qalıb

Onun sözlərinə görə, ölkə rəhbərliyi humanist və diplomatik yanaşmanı hər zaman ön planda saxlayır. Bu kontekstdə İlham Əliyev tərəfindən son hadisələrlə bağlı İran səfirliyində başsağlığı verilməsi də Azərbaycanın diplomatik etikaya və humanitar dəyərlərə sadiqliyinin göstəricisi kimi qiymətləndirilməlidir.

Həmsöhbətimiz bildirib ki, buna baxmayaraq, bu gün Naxçıvan Muxtar Respublikası ərazisində baş verən hadisələr olduqca gözlənilməz və narahatedici haldır. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti və ekspert dairələri belə bir hadisəni qonşu İran tərəfindən gözləmirdi.

“Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinə sadiq qalıb. Lakin Naxçıvanda baş verən son hadisələr regionda münasibətlərin hansı istiqamətdə inkişaf edə biləcəyi ilə bağlı ciddi suallar yaradır. Biz qonşu İran dövlətindən belə bir addımı gözləmirdik”, – deyə professor əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR