• Bakı C

    9.23 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Azərbaycanda internet problemi: KATV1 yenə məyus etdi

CƏMİYYƏT

05 Mart 2026 | 22:14

Azərbaycanda internet problemi: KATV1 yenə məyus etdi

Azərbaycanda istifadəçilər üçün xüsusilə vacib olan bu gündə KATV1 provayderi növbəti dəfə abunəçilərini məyus edib.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, KATV1 abunəçiləri saatlardır internetə çıxışda əziyyət çəkirlər, az qala hər dəqiqədən bir internet bağlanır və çətinlik yaşanır.

Provayderin 127 qaynar xəttinə zəng isə cavablandırılmır.

Qeyd edək ki, Azərbaycanda internet xidmətləri bir müddət öncə qiyməti artırmışdı. Buna baxmayaraq, internet xidmətindən heç bir yenilənmə və irəliləyiş baş vermədi.

Provayderlər içərisində ən çox şikayət edilənlərin başında isə KATV1 gəlir. Bu provayder ay ərzində ən azı 5 gün abunəçilərini internetsiz qoyur.


SON XƏBƏRLƏR