• Bakı C

    8.53 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Naxçıvana HÜCUM: İranın geosiyasi mesajı və Bakının CAVAB HAQQI

SİYASƏT

05 Mart 2026 | 14:27

Naxçıvana HÜCUM: İranın geosiyasi mesajı və Bakının CAVAB HAQQI

“İranın hücumu Azərbaycan Respublikasının regional sabitlik, sülh və humanitar səylərində əldə etdiyi etibarlı nəticələrə qarşı kampaniyanın tərkib hissəsidir”.

Bu sözləri Bakıvaxtı.az-a analitik Aqşin Kərimov İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktlarını şərh edərkən deyib.

İnun sözlərinə görə, Azərbaycan Respulikası Xarici İşlər Nazirliyinin hadisə ilə əlaqədar verdiyi bəyanatın oxunuşunu belə təqdim etmək olar:

“Azərbaycan təxribatı sürətlə hiss edən, hissiyata qapılmayaraq ağıllı qərarlar verərək özünü müdafiə hüququndan istifadə edəcək  potensiala sahibdir.  Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlama isə diplomatik xəbərdarlığın hərbi-siyasi məntiqini tamamlayır”.

Analitik qeyd edib ki, Naxçıvana dron hücumu SEPAH-ın ABŞ və İsrailə qarşı başlatdığı "Doğru vəd 4" əməliyyatının 19-cu dalğasında baş tutub:

“SEPAH 19-cu dalğada başlatdığı əməliyyata "Ya Həsən, ibn Əli əleyhissalam" kod adı verib. Bu kod adı altında Azərbaycana qarşı hücum kampaniyası eyni zamanda ideoloji məsələlər prizmasından regional oxu aktivləşdirmək niyyətindən xəbər verir”.

Bundan başqa, müsahibimiz vurğulayıb ki, İran onunla müharibə aparmağın Cənubi Qafqazda geosiyasi regional nəticələri barədə praktiki xəbərdarlığını Azərbaycana dron hücumu həyata keçirməklə çatdırdı:

“Bu, Tehranın Körfəz regionu ilə paralel olaraq Cənubi Qafqaz bölgəsində regionlararası qeyri-sabitlik modeli qurmaq planını göstərir. İran formalaşam yeni dünya nizamında TRIPP marşrutunun (Zəngəzur dəhlizi) oynadığı regional rolların minimallaşdırılması kampaniyasını ifadə etmiş olur. İranın digər hədəfi müharibənin yükünü region ölkələri arasında bölməkdən ibarətdir. İran bununla qeyri-sabit regionu idarə etmək sterategiyasını nəzərdən keçirməyə çalışmasını fon kimi verir”.

Aqşin Kərimov: Bu hücumlar Bakı-Ankara strateji müttəfiqliyinin zəruri cavab reaksiyasını gündəmə gətirir

A.Kərimovun qənaətincə, Azərbaycanın iki nazirliyinin – Xarici İşlər və Müdafiə nazirlikləri - bəyanatı İranın qeyri-sabit regional modelə keçidi üçün səylərinə qarşı zəruri tədbirlər kompleksini vurğulayır:

“Cavab hüququ barədə Bakının vurğu etməsi Azərbaycanın bu ssenariləri əvvəldən qiymətləndirdiyini və prosesə potensial  hazırlığını göstərir”.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Azərbaycana qarşı hücumlar Bakı-Ankara strateji müttəfiqliyinin zəruri cavab reaksiyasını gündəmə gətirir:

“İran müttəfiqlik reaksiyasının hərbi atmosferindən yayınmaq üçün Azərbaycan-Türkiyı tandemindəki birgə müdafiə anatomiyasını nəzərə ala bilər. Buna görə də hücumları müxtəlif epitetlər arxasında pərdələmə kampaniyası Tehranın təbliğat və informasiya aparatında görünəcək”.

Aydın Baxış


SON XƏBƏRLƏR