Kompüter və telefonlarda “driver” (sürücü) cihazın əməliyyat sistemi ilə düzgün işləməsini təmin edən proqram təminatıdır. Sadə dillə desək, driver cihazın “dili”ni kompüterə başa düşülən hala gətirir.
Bakıvaxtı.az xəbər verir ki, Microsoft-ın məlumatlarına görə, əməliyyat sistemi hər bir aparat (printer, səs kartı, video kart və s.) ilə birbaşa işləyə bilmir. Bu səbəbdən həmin cihazların hər biri üçün xüsusi driver lazımdır.
Məsələn, printer, səs sistemi və ya video kart driver olmadan kompüter tərəfindən düzgün tanınmaya və ya ümumiyyətlə işləməyə bilər. Driver bu cihazların sistemlə əlaqə qurmasına imkan verir.
Apple isə bildirir ki, müasir sistemlərdə bir çox driver avtomatik quraşdırılır və istifadəçi bunu hiss etmir. Lakin bəzi hallarda xüsusi cihazlar üçün əlavə driver yükləmək tələb oluna bilər.
Texnologiya mütəxəssislərinə görə, driverlər olmadan kompüter yalnız əsas funksiyaları yerinə yetirə bilər, lakin əlavə avadanlıqlardan tam istifadə mümkün olmaz.
Zeynəb Rzayeva
Bakı 




