Xəbər verdiyimiz kimi, aprelin 5-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Bu barədə Bakıvaxtı.az-a DİM-dən məlumat verilib.
İmtahan iştirakçıları arasında 8 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Bakıvaxtı.az imtahanda maksimum bal toplayan şagirdlərin siyahısını təqdim edir:
1 Səlimova Əsmər İsmayıl qızı Bakı şəhəri, Humanitar fənlər təmayüllü məktəb-lisey
2 Hüseynov Seymur İlqar oğlu Gəncə Şəhəri, 2 saylı internat tipli xarici dillər təmayüllü gimnaziya
3 Bayramova Dəniz Mahir qızı Gəncə şəhəri, 17 saylı şəhər orta məktəbi
4 Bayramzadə İnci Tural qızı Bakı şəhəri, S.C. Pişəvəri adına Humanitar fənlər gimnaziyası
5 Məmmədli İlknur Vüsal qızı Şəki şəhəri, Kimya biologiya təmayüllü respublika liseyi
6 Cəmilli Aysu Arif qızı Şəki şəhəri, Kimya biologiya təmayüllü respublika liseyi
7 Hətəmli Səma Dünyamin qızı Yevlax şəhəri, 5 saylı şəhər orta məktəbi
8 Babazadə Banu Emil qızı Bakı şəhəri, 269 saylı orta məktəb.
Nərgiz Məmmədli
Bakı 




