• Bakı C

    8.53 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Ali Baş Komandan: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir

SİYASƏT

05 Mart 2026 | 16:16

Ali Baş Komandan: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir

Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib.

    "Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir", - dövlət başçısı vurğulayıb.


    SON XƏBƏRLƏR