Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Bakıvaxtı.az” xəbər portalının fəaliyyətə başlamasının 5-ci ildönümü münasibətilə portalın baş redaktoru Qalib İbrahimoğluna təbrik məktubu ünvanlayıb.
Komitə sədrinin məktubunda vurğulanır ki, “Bakıvaxtı.az” peşəkar jurnalistika prinsiplərinə sadiq qalaraq geniş oxucu auditoriyasının güvənini qazanmış, ölkənin ictimai-siyasi həyatını, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini, dini icmalarla bağlı məsələləri operativ və obyektiv şəkildə işıqlandıran etibarlı informasiya məkanlarından birinə çevrilmişdir.
Məktubda həmçinin vurğulanır ki, portalın fəaliyyətində Türk dünyası ilə bağlı mövzuların ardıcıl şəkildə gündəmdə saxlanılması və bu geniş coğrafiyada baş verən proseslərin diqqətlə izlənməsi xüsusi önəm daşıyır. Bildirilir ki, “Bakıvaxtı.az” öz informasiya xətti ilə yalnız paytaxtın deyil, bütöv Azərbaycanın və Türk dünyasının informasiya ritmini əks etdirən platformalardan biri kimi tanınır.
Fazil Mustafa yubiley münasibətilə portalın bütün yaradıcı heyəti təbrik edərək, onlara yeni uğurlar arzulayıb.
Komitə sədri məktubunda “Bakıvaxt.az”ın bundan sonra da obyektivlik, söz məsuliyyəti və milli-mənəvi dəyərlərə sədaqət prinsipləri ilə fəaliyyətini davam etdirəcəyinə əminliyini ifadə edib.
Bakı 




