• Bakı 11° C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir

MEDİA

27 Mart 2026 | 16:32

Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Azərbaycanda rəqəmsal inkişaf son illərdə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.

Medianın İnkişafı Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, bunu qurumun icraçı direktoru Əhməd İsmayılov İstanbulda keçirilən Strateji Kommunikasiya Sammitindəki çıxışı zamanı deyib.

"Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi xüsusi diqqət mərkəzində saxlanılır.

Bu istiqamətdə həyata keçirilən tədbirlər rəqəmsal transformasiyanın genişləndirilməsinə və cəmiyyətin rəqəmsal imkanlardan daha səmərəli istifadəsinə xidmət edir", - o əlavə edib.


SON XƏBƏRLƏR