q
  • Bakı 14° C

    5.5 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

“Space” bağlanır? - İcraçı direktordan AÇIQLAMA

MEDİA

17 Aprel 2026 | 11:25

“Space” bağlanır? - İcraçı direktordan AÇIQLAMA

“Space” televiziyası fəaliyyətini davam etdirir və efir plan üzrə sabit şəkildə həyata keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında “Space” televiziyasının icraçı direktoru Nəriman Əbdüləliyev deyib.

    O bildirib ki, hazırda kanal daxilində struktur və idarəetmə ilə bağlı optimallaşdırma prosesi aparılır:

    “Bu addımlar fəaliyyətin daha effektiv və dayanıqlı modelə keçidini təmin etmək məqsədi daşıyır. Maliyyə məsələləri üzrə sistemli iş aparılır və mövcud öhdəliklərin mərhələli şəkildə tənzimlənməsi nəzərdə tutulur. Kadr dəyişiklikləri daxili idarəetmə qərarları çərçivəsində həyata keçirilir və bu kimi məsələlərlə bağlı əlavə şərh verməyi məqsədəuyğun hesab etmirik”.

    Nəriman Əbdüləliyev qeyd edib ki, mediada yayılan bəzi məlumatlar ümumi vəziyyəti tam əks etdirmir: “Kanalın fəaliyyəti nəzarət altındadır və bütün proseslər plan üzrə idarə olunur”.

    Qeyd edək ki, bir neçə gün öncə Vado Korovin "Space" televiziyasının direktoru vəzifəsindən uzaqlaşdırılıb.


    SON XƏBƏRLƏR

    16 Aprel 2026