q
  • Bakı 14° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

JEM: Rusiya televiziyasının hərəkəti təxribata cəhddir

MEDİA

08 May 2026 | 17:03

JEM: Rusiya televiziyasının hərəkəti təxribata cəhddir

Mayın 6-da Rusiyanın dövlət kanalı “Birinci Kanal”ın “Zaman göstərər” proqramında (“Время покажет”) Azərbaycanın təhrif olunmuş xəritəsi nümayiş etdirilib və mövcud olmayan qondarma “Dağlıq Qarabağ” ifadəsinə yer verilib.

Jurnalist Ekspert Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu hadisə beynəlxalq jurnalistika prinsiplərinin pozulması kimi qiymətləndirilir.

Qurumun açıqlamasında bildirilir ki, belə bir ərazi mövcud olmadığı üçün təqdim edilən məlumat yalan xarakter daşıyır və bu, manipulyasiya cəhdi kimi dəyərləndirilir. Qeyd olunur ki, jurnalistikada yalan məlumatın yayılmasına yol verilmir, əsas məqsəd isə həqiqətin obyektiv şəkildə çatdırılmasıdır.

Jurnalist Ekspert Mərkəzi Rusiyanın dövlət kanalının bu mövqeyini təxribat xarakterli addım kimi qiymətləndirərək, həmin media orqanının fəaliyyətini Azərbaycan və Ermənistan cəmiyyətləri arasında inamsızlıq yaratmağa yönəlmiş cəhd kimi xarakterizə edir.

Qeyd olunur ki, iki qonşu dövlət arasında sülh sazişinin imzalanmasına getdikcə daha da yaxınlaşıldığı, Ermənistan rəhbərliyinin Azərbaycanla bağlı mütəmadi olaraq müsbət fikirlər səsləndirdiyi və ölkəmizin ərazi bütövlüyünün tam şəkildə dəstəkləndiyi bir dövrdə, Rusiya dövlət televiziyasında yayımlanan bu cür materiallar sülh prosesinə zidd mahiyyət daşıyır.

JEM beynəlxalq jurnalistika təşkilatlarını Rusiyanın dövlət televiziyasının Azərbaycan əleyhinə təbliğat vasitəsinə çevrilməsini qınamağa çağırıb.


SON XƏBƏRLƏR