q
  • Bakı 12° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

"Space" ilə bağlı daha bir İDDİA

MEDİA

16 Aprel 2026 | 16:10

Space ilə bağlı daha bir İDDİA

"Space TV" ilə bağlı daha bir iddia yayılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Axar.az-a daxil olan məlumatda iddia edilir ki, yaxın müddətdə sözügedən TV-nin fəaliyyətinə xitam veriləcək.

Buna səbəb isə kanalın uzun müddətdir rentabelli olmaması və keyfiyyət göstəricilərinin təsisçini qane etməməsidir.

Bildirilir ki, kanalın əvvəlki şöhrətini qaytarmaq üçün bir neçə dəfə rəhbərlik dəyişdirilsə də, nəticə əldə olunmayıb. Buna görə də kanalın təsisçisi bağlanma qərarı verib.

Məlumatla bağlı "Space TV"dən münasibət öyrənmək mümkün olmayıb. Qeyd edək ki, bundan öncə "Space TV"də yoxlamalar aparıldığı və kanalın rəhbəri Vado Korovinin vəzifədən uzaqlaşdırıldığı ilə bağlı məlumat yayılıb. Kanal yayılan məlumatların heç birinə rəsmi reaksiya verməyib. "Space TV" 12 oktyabr 1997-ci ildə yayıma başlayıb.


SON XƏBƏRLƏR