Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova vəzifəsindən azad edilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, sözügedən media qurumuna yeni rəhbər təyin olunub. Qəzetin baş redaktoru vəzifəsinə Rəmzi Tahirlinin gətirildiyi deyilir.
Qeyd edək ki, Rəmzi Tahirli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat katibi vəzifəsində çalışıb.
O, 2008–2012-ci illərdə Naxçıvan Universitetinin Filologiya fakültəsində təhsil alıb və uzun müddət Naxçıvanda fəaliyyət göstərən media qurumlarında jurnalist kimi işləyib.
Murad İsmayıl
Bakı 




