q
  • Bakı 14° C

    7.88 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Jurnalistə vəzifə verildi

MEDİA

16 Aprel 2026 | 10:43

Jurnalistə vəzifə verildi

Jurnalist Rufik İsmayılova yeni vəzifə verilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, media nümayəndəsi Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunda böyük məsləhətçi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R. İsmayılov bundan əvvəl Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində çalışıb.

Xatırladaq ki, o, 2003-cü ildən jurnalistika sahəsində fəaliyyət göstərir. Bu müddət ərzində müxtəlif mətbu orqanlarda müxbir, məsul katib, prezident və parlament müxbiri, redaktor, baş redaktor və redaksiya müdiri vəzifələrində çalışıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor kimi fəaliyyət göstərib.

Murad İsmayıl


SON XƏBƏRLƏR

17 Aprel 2026