• Bakı 21° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Bakıvaxtı.az təltif edildi - FOTO

MEDİA

14 Aprel 2026 | 16:20 | Müəllif: Əli Hüseynov

Bakıvaxtı.az təltif edildi - FOTO

Bakıvaxtı.az xəbər portalı fəaliyyətinin 5 illiyi münasibətilə təltif olunub.

Bakıvaxtı.az xəbər verir ki, mükafat "Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyi tərəfindən təqdim edilib.

Təqdim olunan diplomda portalın ötən 5 il ərzində peşəkar jurnalistika prinsiplərinə sadiqliyi, ölkənin informasiya siyasətinə verdiyi töhfə və vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə diqqətli yanaşması xüsusi vurğulanıb.

Sənəddə qeyd olunur ki, Bakıvaxtı.az türk dünyasına xidmət istiqamətində də fərqlənərək ictimai əhəmiyyətli mövzuların işıqlandırılmasında aktiv rol oynayıb. Bu fəaliyyət yüksək qiymətləndirilərək kollektiv təbrik olunub və gələcək işlərində yeni nailiyyətlər arzulayıb.

Təltif sənədi təşkilatın sədri Nadir İsmayılov tərəfindən təqdim olunub.

Əli Hüseynov


Bakıvaxtı.az təltif edildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026