• Bakı C

    5.97 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Bu müəllimlərin imtahanı iki mərhələdən ibarət olacaq?

CƏMİYYƏT

05 Mart 2026 | 12:22

Bu müəllimlərin imtahanı iki mərhələdən ibarət olacaq?

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərindəki müəllimlərin sertifikasiya imtahanı iki mərhələdən ibarət olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Sosial qanunvericilik şöbəsinin rəhbəri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə və "Təhsil haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, ilk dəfə attestasiyanın keçirilməsinə 150-200 min manat vəsait lazım olmuşdu: "Artıq attestasiya ilə bağlı təcrübə olduğuna görə, sertifikasiyanın tətbiqi daha asan olacaq. Sertifikasiya ilə bağlı qaydalar hazırlanır və qanun qəbul edildikdən sonra onlar da işə düşəcək".


SON XƏBƏRLƏR

04 Mart 2026