Son iki ildə dünyada münaqişələrlə əlaqəli qadın və qızlara qarşı cinsi zorakılıq halları 87 faiz artıb.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının qurumu olan "UN Women"in icraçı direktoru Sara Hendriks deyib.
Onun sözlərinə görə, xüsusilə Sudan, Haiti, Əfqanıstan, Fələstin və İranda bu cür zorakılıq halları daha geniş yayılıb.
Hendriks qeyd edib ki, hazırda dünyada təxminən 676 milyon qadın və qız münaqişə zonalarından 50 kilometr radiusda yaşayır.
O vurğulayıb ki, münaqişələr qadın və qızların təhlükəsizliyini ciddi şəkildə təhdid edir və onların ədalətə və bərabər imkanlara çıxışını məhdudlaşdırır.
Əli Hüseynov
Bakı 



