Azərbaycan və ABŞ-nin "BlackRock" şirkəti arasında rəqəmsal infrastruktura, süni intellekt ekosisteminə, regional məlumat mərkəzinin qurulmasına və hava nəqliyyatı infrastrukturuna investisiyaların cəlb edilməsi ilə əlaqədar birgə işlərin ilkin nəticələri müzakirə edilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"Londonda "BlackRock" şirkətinin Maliyyə və Strateji İnvestorlar Qrupunun qlobal rəhbəri Çarlz Hatami ilə görüş keçirdik. Görüşdə Davosda Prezident İlham Əliyev tərəfindən "BlackRock" və onun törəmə şirkəti "Global Infrastructure Partners" ilə imzalanmış Niyyət Memorandumu çərçivəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik", - deyə nazir qeyd edib.
Bakı 






