Bu gün - 5 Mart Bakıvaxtı.az-ın 5 illik yubileyidir.
Təhsil sistemi ilə yanaşsaq, bu media subyektinin məktəbəhazırlıq yaşıdır, amma elə şagirdlər, övladlar var ki, onlar “vunderkind” olurlar, özləri artıq bir məktəb yaradırlar, məktəbə çevrilirlər. Bakıvaxtı.az da 5 illik fəaliyyəti dönəmində artıq məktəbə çevrilib.
Hər bir media subyektinə onun göstərdiyi fəaliyyətə adekvat qiymət verilir, onunla ictimai şüurun hazırlanması istiqamətindəki fədakarlıqlar və sosial, mediatik davranışına görə, əməkdaşlıq edilir. Bu gün ilk olaraq karyerası və media fəaliyyətinə Bakıvaxtı.az-da başlayıb, bu media hücrəsində püxtələşib, peşəkarlaşıb, bu saytın “şineli”ndən çıxıb, ölkənin digər media quruluşlarına transfer olunan yetirmələr, jurnalistlər var. Ad sadalayıb, zaman almaq istəmirik. Ancaq onu da məxsusi qeyd etmək yerinə düşər ki, Bakıvaxtı.az elə mətəblərdəndədir ki, oranı oxuyub bitirmək olmur, çünki bu yubilyarın əməkdaşlara ötürdüyü, aşıladığı, təlqin etdiyi o qədər yeniliklər, dəyərlər var ki, bu innovativ elementlər, nəsnələr hər ötən gün artır, çoxalır. Bu mənada ki, Bakıvaxtı.az zamanın, xəbərin, mətnin nəbzini tutan media quruluşu olmaqla yanaşı, öz milli, vətənpərvər və türkçü mövqeyi ilə dam seçilir, sevilir. Milli dövlət, milli dövlətçilik yolunda inamla addımlayır. Bu yolun hamarlaşması və tərəqqisinə öz yaradıcı ruhu ilə daim dəstək ifadə edir.
Hər layihə, iş, sayt, KİV orqanı öz rəhbərinə bənzəyir. Bakıvaxtı da bütün parametrləri və komponentləri ilə saytın təsisçisi, dəyərli başqan, gözəl dost İqbal Alısoy və baş redaktor, ustad Qalib İbrahimoğlu müəllimin, bu tandemin ruhunu, xarakterini, baxış açısını canına hopdurub. Bakıvaxtı-nın TURAN ovqatına bürünməsi İqbal bəy və Qalib bəyin iradəsinin təcallasıdır. Bəlli bir dəsti-xətti, aydın mövqeyi, zərgər baxışı olan bu 5 yaşlı igidin ömrü o qədər uzun olsun ki, 5-in yanına 0-lar düzülsün.
Mənim də mövqeyimi, münasibətimi daim işıqlandıran Bakıvaxtı ilə bağlı ümdə arzum bu: Ölkə olaraq, sayt olaraq, elə bir yol keçək, elə uğurlara müəssər olaq ki, təkcə Bakı deyil, bütün dünya ölkələrinin paytaxtı zamanını hər mənada Bakı Vaxtı ilə ayarlasın! Əlbəttə, istək başqadır, iş başqa. Bu mənada Bakıvaxtının lokomotiv, eləcə də bütün əməkdaşlarını təbrik edirəm. Yolun(m)uz aydın, işləri(n)miz hamar, oxucuların(m)ız bol olsun, dostlar! Xalqa xidmət Vətənə məhəbbətdən doğur...
Bakıvaxtımızı ürəkdən təbrik edirəm! 5 əla qiymətdir, istənilən halda pozitiv rəqəmdir. Təkcə söz məna yaratmır, bəzən rəngin də məna yükü olur. 5 rəqəmi beynimdə həmişə qırmızı rəngdə asossiasiya olunur. Qırmızı isə uğurun, zəfərin, mübarək günlərin təntənəsidir. 5 yaşlı qəhrəmanımızı təbrik edir, uğurlar arzu edirəm.
Günümüz mübarək!
Vaxtınızı Bakıvaxtı.az-a həvalə edin!
Bakı 











