q
  • Bakı 15° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

200-dən çox Azərbaycan vətəndaşı Bakıya təxliyə edildi - YENİLƏNİB

CƏMİYYƏT

04 Mart 2026 | 22:45

200-dən çox Azərbaycan vətəndaşı Bakıya təxliyə edildi - YENİLƏNİB

AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Təxliyə reysi ilə ümumilikdə 200-dən çox vətəndaşın ölkəyə qayıdışı təmin olunub.

Bakıvaxtı.az xəbər verir ki, hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun şəkildə reyslərin təhlükəsiz və planlı icrasını həyata keçirir.

Qeyd edək ki, növbəti günlərdə Yaxın Şərqin digər istiqamətlərindən Bakıya əlavə təxliyə reyslərinin həyata keçirilməsi planlaşdırılır.

 

18:52

4 mart 2026-cı il, Bakı – Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilir. 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, sərnişinlər sözügedən istiqamətlər üzrə əldə etdikləri aviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və ya dəyişdirə bilərlər.

Belə ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Təxliyə reysi vasitəsilə ümumilikdə 209 vətəndaşın ölkəyə qayıdışı təmin edilir.

Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq reyslərin təhlükəsiz və planlı şəkildə icrasını həyata keçirir.

Qeyd edək ki, növbəti günlərdə Yaxın Şərqin digər istiqamətlərindən Bakıya təxliyə reysləri planlaşdırılır.

Əlavə sual yaranarsa, [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət etmək mümkündür.

 


SON XƏBƏRLƏR