• Bakı C

    6.58 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı artdı

DÜNYA

04 Mart 2026 | 23:23

İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı artdı

Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələrinin Livan ərazisinə endirdiyi intensiv zərbələr nəticəsində bölgədəki humanitar böhran pik həddə çatıb.

Bakıvaxtı.az Livanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son bir sutka ərzində həlak olanların sayı artaraq 72-yə çatıb. Yaralıların sayı isə 437 nəfər kimi qeyd olunur.

Zərbələr əsasən Beyrutun cənub məhəllələrini (Dahiyə bölgəsi), həmçinin ölkənin cənub və şərqindəki (Bəlbək) strateji nöqtələri hədəf alıb. Livanın Sosial İşlər Nazirliyinin məlumatına görə, hərbi əməliyyatlar və İsrail ordusunun təxliyə xəbərdarlıqları nəticəsində evlərini tərk edən insanların sayı artıq 83 847 nəfərə yüksəlib. Qaçqınların böyük hissəsi hazırda ölkə üzrə açılmış 170-dən çox müvəqqəti sığınacaqda yerləşdirilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı əməliyyatdan sonra "Hizbullah"ın İsrailə raket zərbələri endirməsi ilə Livan cəbhəsi də tammiqyaslı müharibə zonasına çevrilib.


SON XƏBƏRLƏR

04 Mart 2026