• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Bakıda məşhur restoran söküləcək

CƏMİYYƏT

04 Mart 2026 | 20:00 | Müəllif: Subhan Mahmudov

Bakıda məşhur restoran söküləcək

Bakı şəhəri Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən "Xan Bağı" restoranı söküləcək. 

Bakıvaxtı.az-ın məlumatına görə, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub.

Bildirilir ki, "Xan Bağı" restoranın bir hissəsi "Azəriqaz" İB-nin Nizami Qaz İstismarı Sahəsinə məxsus d-377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının üzərinə düşüb. 

Məhkəmə "Azəriqaz" İB-nin tələbini əsaslı sayaraq  sözügedən restoranın sökülməsi ilə bağlı qərar qəbul edib. 

Qərara əsasən fiziki şəxs Qaybalıyev Namiq Xankişi oğluna məxsus "Xan bağı " restoranı sahibkarın öz hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır. 

Namiq Qaybalıyevin məhkəmə qərarından narazı qaldığı bildirilir. (Qaynarinfo)


Bakıda məşhur restoran söküləcək
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026