Pentaqonun rəhbəri Pit Heqset ABŞ-nin İrandakı hərbi əməliyyatlarda “qətiyyətli və amansız” qələbə qazandığını bəyan edib.
Bakıvaxtı.az “C-Span” telekanalına istinadən xəbər verir ki, nazir keçirdiyi mətbuat konfransında İranın hərbi və siyasi iyerarxiyasının tamamilə iflic olduğunu bildirib.
Heqsetin sözlərinə görə, ölkənin ali rəhbərliyi və varis seçməli olan hakim şura ya məhv edilib, ya da gizli bunkerlərdədir:
“İran ordusunun bütün eşelonları arasında kommunikasiya tamamilə kəsilib. Yaxın günlərdə regiona əlavə qırıcı və bombardmançı təyyarələr gələcək, bir həftədən az müddətdə isə İranın hava məkanı üzərində tam nəzarəti ələ keçirəcəyik”.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin başladığı əməliyyatlar nəticəsində Ali Lider Seyid Əli Xamenei həlak olub. Rəsmi Vaşinqton bu addımı Tehranın nüvə ambisiyalarına son qoymaq məqsədilə atdığını bildirsə də, BMT bu zərbələrin təşkilatın Nizamnaməsinə zidd olduğunu bəyan edib.
Bakı 




