• Bakı C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Şəkidə 64 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

HADİSƏ

05 Mart 2026 | 09:11

Şəkidə 64 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Şəkidə 64 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, 1961-ci il təvəllüdlü Kiçik Dəhnə kənd sakini Məcidov Ramis Növzət oğlu yaşadığı fərdi yaşayış evinin yaxınlığında yerləşən transformatora yaxınlaşaraq içərisində olan elektrik naqillərindən tutması səbəbindən ölüb.

Yaxınlarının deməsinə görə, mərhum R.Məcidov uzun müddət psixi xəstəlikdən əziyyət çəkib, xəstəliyi ilə əlaqədar müalicə almasına baxmayaraq səhhətində hər hansı yaxşılaşma müşahidə edilməyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


SON XƏBƏRLƏR

04 Mart 2026