Efir qadağası tətbiq olunan sənət adamlarının siyahısına yeni adların əlavə edildiyi iddia olunur. Sosial şəbəkələrdə yayılan ikinci siyahıda Rəqsanə İsmaylova, Aysun İsmayılova və Şəbnəm Tovuzlunun da yer aldığı bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, adıçəkilən ifaçıların televiziya proqramlarına çıxışına məhdudiyyət qoyulacaq.
Məsələ ilə bağlı müğənni Aysun İsmayılova açıqlama verib. O, yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib:
"Efir qadağası ilə bağlı mənə heç bir rəsmi məlumat verilməyib. Bizim bu məsələdən xəbərimiz yoxdur. İkinci siyahı yayılıb, amma orada adımız yoxdur", - deyə müğənni qeyd edib.
Qeyd edək ki, efir qadağası ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik hər hansı açıqlama verilməyib. Məsələ ətrafında müzakirələr davam edir. /musavat.com
Bakı 




