İranla danışıqlar zamanı ABŞ İslam Respublikasına pulsuz nüvə yanacağı, eləcə də birgə nüvə enerjisi inkişafı layihələrinə investisiya təklif edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt mətbuat brifinqində bildirib.
"ABŞ nümayəndələri İrana qarşı sanksiyaların ləğvini və hətta İranın mülki nüvə proqramını dəstəkləmək üçün ona pulsuz nüvə yanacağı verilməsini təklif etdilər. Bundan əlavə, onlar (İran) potensial birgə nüvə enerjisi inkişafı layihələrinə investor kimi ABŞ-ın dəstəyini qəbul etmək seçiminə malik idilər", - deyə o bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb.
Bakı 




