• Bakı C

    10.12 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Şahin Mustafayev Fərzanə Sadiqlə DANIŞDI

SİYASƏT

04 Mart 2026 | 18:43

Şahin Mustafayev Fərzanə Sadiqlə DANIŞDI

Venesuelanın dövlət neft-qaz korporasiyası olan "Petroleos de Venezuela" (PDVSA) Birləşmiş Ştatlara xam neft və neft məhsullarının göndərilməsi məqsədilə yeni sazişlər bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkət tərəfindən açıqlama yayımlanıb.

Qurumun "Telegram" kanalında yerləşdirilən bəyanatda qeyd olunur ki, PDVSA ABŞ bazarına yönəlmiş xam neft və yanacaq məhsullarının ticarətini həyata keçirən şirkətlərlə təchizat müqavilələri imzalayıb. Bu addım tədarükü təmin etmək və tarixi ticarət əlaqələrini qorumaq məqsədi daşıyır.

Korporasiya rəhbərliyi qlobal enerji bazarındakı sabitliyə sadiqliyini ifadə edib, eyni zamanda sənayenin tam potensialı ilə inkişafı üçün mövcud məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Açıqlamada həmçinin bildirilir ki, Venesuela rəhbərliyi milli istehsal həcmini yüksəltmək və beynəlxalq ticarət əlaqələrini möhkəmləndirmək naminə karbohidrogen sektorunun sanksiyalardan azad edilməsinin zəruriliyini bir daha bəyan edib.


SON XƏBƏRLƏR