• Bakı 14° C

    7.7 m/s

  • USD - 1.7

    EUR - 1.7938

    RUB - 1.6915

“Flora zirvəsindən “Damla çökəkliyi”nə - Ayyət Əhməd yazır
YAZARLAR
12 Oktyabr 2023 | 13:59

“Flora zirvəsi"ndən “Damla çökəkliyi”nə - Ayyət Əhməd yazır

Ayyət Əhməd

Birinci dərs...

Sənət sahəsi belədir. Flora Kərimova (ustalıqla ifa edir) zirvəsi var, bir də Damla (qışqırır) çökəkliyi...

“Flora zirvəsi”nə qalxa bilməyən dinləyici, vətəndaş “Damla çökəkliyi”nə düşür.

Sözüm hələ bitməyib, Mustafam indi başlayır. Bu bölgü media sektoruna da sirayət edib.

Kimlərsə “Damla çökəkliyi”ndə eşələnib, kimisə yalandan öldürüb-dirildib, soyundurub- geyindirib İP yığır və "SM-dəki indiqatorda ilk 10-luqdayam" deyir. “Flora zirvəsi”ndə olanlar isə o çökəkliyə düşüb, boğulmaq istəmirlər, amma arxadan sel gücü ilə ora itələnirlər.

Etməgil, kişilər! Axı, çökəkliyə enmək asandır, zirvəyə qalxmaq çətin, xeyli alın təri tökməlisən.

Bəli, bu gün “Damla çökəkli”yinə enən ifaçı da, jurnalist də, dinləyici də çoxdur, özü də lap çox. Hə, şişiblər, lap belə sabun köpüyü kimi, adam da saymırlar.

"Mənim çökəkliyimə enənlər çoxdur" deyib, geninə-boluna qürrələnirlər. Amma həyata mağara deyil, 5-ci pəncərə sayılan intellekt aynasından boylanan adamlar anlayırlar ki, dünyaya “Damla çökəkliyi” ilə yox, “Flora zirvəsi” ilə çıxa bilərik.

Qayda belədir: Ümmanda gedəcəyi yeri bilməyən gəmi kapitanına Allah da yardımçı olmur.

Hədəfinizi dəqiq nişan alın! Məşhur şeirdə deyildiyi kimi:

Xoşum gəlmir sonralardan.

Sonrakı peşmanlıq fayda vermir!

Ya “Flora zirvəsi”, ya da intihar kəndirini xatırladan “Damla çökəkliyi”...

Zəng vuruldu, hamı zirvəyə.

Dərsimiz davam edəcək...

Bakıvaxtı.az 


SON XƏBƏRLƏR