• Bakı C

    6.58 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Ağ Ev İrana qoşun yeritməyi istisna etmədi

DÜNYA

05 Mart 2026 | 00:02

Ağ Ev İrana qoşun yeritməyi istisna etmədi

Ağ Ev ABŞ-nin İrana qarşı davam edən hərbi əməliyyatlarında quru qoşunlarının istifadəsi ehtimalını istisna etməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi müntəzəm brifinqdə bildirib.

O qeyd edib ki, hazırda ABŞ-nin hərbi planları quru qüvvələrinin İrana daxil olmasını əhatə etmir, lakin bu variantın gələcəkdə istifadə olunmayacağına dair tam zəmanət verilmir:

“Bu, hazırkı planlarımızın bir hissəsi olmasa da, prezidentin adından heç bir variantı istisna edə bilmərəm”.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə ambisiyalarına qarşı “lazım gələrsə quru qoşunlarının göndərilə biləcəyini” ifadə edərək, hərbi təzyiqin ən yüksək həddə çatdırılacağının siqnalını vermişdi.


SON XƏBƏRLƏR

04 Mart 2026