• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Tehrandakı yaşayış binaları VURULDU - VİDEO/FOTO

DÜNYA

04 Mart 2026 | 20:36 | Müəllif: Subhan Mahmudov

Tehrandakı yaşayış binaları VURULDU - VİDEO/FOTO

Tehran üzərindəki hava hücumlarının intensivləşdiyi bir vaxtda paytaxtın cənub-şərq hissəsində yerləşən Borucerdi yaşayış kompleksinə ağır zərbə endirilib.

Bakıvaxtı.az xəbər verir ki, yerli vaxtla saat 11:40 radələrində baş verən hücum nəticəsində çoxmərtəbəli yaşayış binasının yuxarı mərtəbələri tamamilə dağılıb.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə binadan qatı tüstü qalxdığı və dağıntıların ətrafa səpələndiyi aydın görünür. İlkin məlumatlara görə, hücum İsrail və ABŞ qüvvələrinin keçirdiyi növbəti hədəfə alınmış əməliyyatın tərkib hissəsidir.

Xatırladaq ki, fevralın 28-də başlayan “Nərildəyən şir” əməliyyatı artıq beşinci gündür davam edir. İndiyədək Tehranın mərkəzindəki bir çox dövlət binaları, o cümlədən Ali Liderin iqamətgahı və Ekspertlər Şurasının binası zərbələrə məruz qalıb.


 


Tehrandakı yaşayış binaları VURULDU - VİDEO/FOTOTehrandakı yaşayış binaları VURULDU - VİDEO/FOTOTehrandakı yaşayış binaları VURULDU - VİDEO/FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026